XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 10:34

“Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir”- Müdafiə Nazirliyi

Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub.

“Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.