XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2016 - 12:49

Müğənni Mətanət Əsədova sabiq “Nida”çını tutdurdu –"Feysbuk"da təhqir etdiyi üçün...

metanet-esedova

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş "Nida”çı Elsevər Mürsəlli həbs edilib.

Bu barədə M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

O bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Bakı Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. E.Mürsəlli Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün "Feysbuk"da Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.

Mətanət Əsədova keçmiş

qafqazinfo