XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2016 - 14:55

Bu ilin son iki ayının 5 əsas iqtisadi çətinliyi –Qubad İbadoğludan dəyişiklik anonsu

Qubad İbadoglu-1

Tanınmış iqtisadçı Qubad İbadoğlu Azərbaycan iqtisadiyyatında mühüm dəyişikliklərin baş verəcəyini deyir.

Strateq.az xəbər verir ki, o, bu ilin son 2 ayında milli iqtisadiyyatda aşağıdakı ciddi dəyişikliklərin gözlənildiyini açıqlayıb:

"Əgər ölkədə sürətli və kompleks islahatlar başlmasa, bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq.

Belə ki:

1. Qiymətlər daha sürətlə bahalaşacaq.Manatın məzənnəsinin ucuzlaşması, mövsümü amillərin fəallaşması və dövriyyədə pul bazasınin artması istehlak qiymətləri indeksini yüksəldəcək. Bu ilin oktyabrında ölkədə pul bazası 9,4 faiz artaraq 7,4 milyard manat olub. 

2. Manatın məzənnəsi ucuzlaşmaqda davam edəcək. Çünki müşahidələr göstərir ki, Mərkəzi Bankın məzənnə siyasətindəki son dəyişiklik onun gerçək kursunun müəyyənləşməsinə hədəflənib. Bu siyasəti kifayət qədər vaxt itirəndən sonra gec də məqbul hesab edən Mərkəzi Bankın hazırkı yanaşması indiki halda daha düzgündür. Manatın məzənnəsinin ucuzlaşmasına təsir göstərən amillərdən biri də ABŞ-da FED faizləri artırmaq ehtimalının getdikcə artmasıdır. Əgər bu gün gözlənilən qərar verilməzsə, onda dekabrın 13-14-də keçiriləcək növbəti və son iclasda bu qərar qaçılmazdır.

3. Tədiyyə balansının kəsiri bir az da artacaq. Noyabrın 30-da OPEC neft hasilatının müəyyən səviyyədə dondurulması məsələsində razılaşma əldə etməzsə, neftin dünya bazar qiymətləri bir az da ucuzlaşacaq. Bu da ilin sonunda ölkənin əsas ixrac məhsulundən əldə edilən valyuta gəlirlərinin azalmasına gətirib çıxaracaq və tədiyyə balansının cari hesablar planının kəsirinin artımını sürətləndirəcək. Noyabrın 2-də dünya bazarında 1 barel "Brend" markalı neftin qiyməti 47,7 dollar olub.

4. Dövlət büdcənin defisiti sürətlə çoxalacaq. Son 2 ayda dövlət büdcəsinin xərcləmələrinin artması onun kəsirini çoxalmasını şərtləndirəcək. Bu ilin 9 ayında dövlət büdcəsinin 519,1 mln. manat məbləğində kəsiri (defisit) yaranıb. Həmin dövrdə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 12,5 faiz az icra olunub.

5. Mərkəzi Bankın valyuta ehtiyatarı daha da azalacaq. Bu ilin son aylarında dövlətin, şirkətlərin, bankları xarici valyuta ilə borc öhdəlikləriin artımı dollara tələbatın çoxalmasını şərtləndirəcək. Hətta Dövlət Neft Fondunun müdaxiləsi davam etsə belə, Mərkəzi Bankın valyuta ehtiyatarı çoxdan qorunan qırmızı xətti keçərək 4 milyard dollardan da aşağı düşəcək. Oktyabr ayının 30-a Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 5,5 mln. ABŞ dolları təşkil edib".