XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2016 - 22:22

Rusların “səssiz işğal” planı –Kəşfiyyat hesabat hazırladı, finlər səksəkəyə düşdü

putin-finlandiya

Bir neçə ildir Rusiya tərəfindən təhdid olunan Finlandiyada sensasion hadisələr yaşanır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, kəşfiyyat ölkə hökumətinə əcnəbilərin Finlandiyanın müxtəlif bölgələrində, əsasən də strateji nöqtələrdə ev və böyük ərazilər alması ilə bağlı hesabat verib.

Xəbərdə iddia olunur ki, strateji ərazilərdə son bir ildə ev alanlar əsasən Rusiya vətəndaşlarıdır:

"Kəşfiyyat xidməti hesabatında xüsusi vurğu ilə qeyd edir ki, hər hansı bir kriz dönəmində avantaj qazanmaq planı olan bu ərazi və mülklərə qarşı nəzarət tədbirləri həyata keçirilməlidir. Çünki olası bir təhlükədə bu ev və ərazilərə xüsusi təlim görmüş dəstələr əvvəlcədən yerləşdirilə bilər.  Hansı ki, bu ərazilər strateji nöqtələrdir, ona görə hər ehtimalı dəyərləndirmək məcburiyyətindəyik".

Fin mətbuatı Rusiyanın təhdidlərini qabardaraq, əsasən rusların ölkədən daşınmaz əmlak almalarından ehtiyatlandıqlarını bəyan edir: "Hətta əksər hökumət üzvləri, o cümlədən güc nazirləri Rusiyanın təhdidlərin artdığı bir zamanda, strateji bölgə və nöqtələrdə rusların sürətlə mülk və ərazilər almasından çox narahatdırlar. Onlar Rusiyanın Finlandiyanı "səssiz işğal" planından danışırlar və ölkəni bu yolla daha rahat işğal etmək istədiklərini gizlətmirlər".

Xatırladaq ki, Rusiya ilə Finlandiyanın arasında 1340 kilometrlik sərhəd xətti var.

F.ƏHMƏD