XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2016 - 16:44

Mosulun mərkəzi “üzük qaşı” kimi mühasirəyə alınıb –İraq ordusu şəhərə girdi

iraq

İraq ordusu və şiələrə bağlı olan silahlı dəstələr Mosulu dörd bir yandan mühasirəyə alıb.

Strateq.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, İraq mərkəzi hökumətinə bağlı olan ordu Mosulun mərkəzinə girib: "İraq ordusu demək olar ki, Mosulu ələ keçirib. İŞİD terroristləri evlərdə və yeraltı tunellərdə gizləniblər. Əsas narahatlıq terroristlərin mülkü əhaliyə qatılıb, özlərini gizlətmələri və bomba tələləridir. Hazırda buna görə tədbirli şəkildə əməliyyat davam edir".

Məlumatda o da qeyd olunur ki, İraqın ana ordusu Mosulun girəcəyində hələ də gözləmə mövqeyindədir: "Ordu bütöv formada Mosula daxil olmayıb. Görünür, kiçik dəstələrin şəhərdəki İŞİD-çiləri daha tədbirli formada təmizlənməsi planlanıb. Yəqin bir neçə saata ordu tam gücü ilə şəhərin mərkəzinə yerləşəcək".