Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanı terrorizmə dəstək verməkdə ittiham edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan terrorçuların bu ölkəyə sığındığını bildirib.
"Almaniyadan heç nə gözləmirik. Amma tarix sizi terrorçulara dəstək verdiyinizə görə mühakimə edəcək. Bizi narahat edən odur ki, illərdir PKK-nı müdafiə edən Almaniya indi də FETÖ (Fətullah Gülən Terror Təşkilatı) üçün arxa qapıya çevrilib», deyə Türkiyə prezidenti Almaniyaya xəbərdarlıq edib.