XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 22:27

Ərdoğanla Baxçalı arasında qapalı görüş- MHP sədri tələbini açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP lideri Dövlət Baxçalı arasında görüş başa çatıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan görüş 55 dəqiqə davam edib. On dəqiqəlik gecikmə ilə başlayan görüşdə əsas müzakirə mövzusu AKP hökumətinin təklif etdiyi başqanlıq sistemi və Konstitusiyaya dəyişiklik olub.

Qapalı şəraitdə keçən müzakirələr barədə hələlik yalnız o məlumdur ki, MHP lideri tətbiqi istənilən edam cəzasının hazırda həbsdə olan PKK lideri Abdullah Öcalanı da əhatə etməsini tələb edib.