XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Noyabr 2016 - 23:58

“Qəbələ” yenə uduzdu, “Fənərbaxça” isə “Mançester Yunayted”i məğlub etdi –Avropa Liqası

UEFA CL

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Strateq.az xəbər verir ki, "Qəbələ" Bakıda Fransanın “Sent-Etyen” komandasını qəbul edib.

Oyunda hesabı Ruslan Qurbanov açsa da, fransızlar 45-ci dəqiqədə hesaba tarazlıq gətirib. 53-cü dəqiqədə isə Beriç fransızların qələbə qolunu vurub – 1:2

Bununla da komandamız qrupun sonuncu pilləsində, özü də xalsız qalıb.

Qeyd edək ki, bu gecə “Qarabağ” PAOK-la qarşılaşacaq.

Azərbaycanda maraqla izlənilən daha bir oyun isə "Fənərbaxça" ilə "Mançester Yunayted" qarşılaşması olub.

Bu oyunda türklər 2-1 qələbə qazanmaqla qrupdan hətta lider kimi çıxmaq şansını gücləndirib.