XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 10:08

Diyarbəkirdə polis binası partladıldı –Bir nəfər ölüb, 30-dan çox yaralı var

Terror

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda polis idarəsinə silahlı hücum olub.

Yerli mətbuatın verdiyi xəbərə görə, terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina partladılıb. Partlayışdan sonra bölgədə atışma başlayıb. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını cəlb olunub. Hələlik ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib. İlkin ehtimala görə, partlayıcı qurğu yerləşdirilmiş avtomobil binanın girişində partladılıb(APA).

Son məlumata görə, partalyışda bir nəfər ölüb, 30-dan çox yaralı var.

Strateq.az.