XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 12:04

Palatadan banklara ciddi xəbərdarlıq:"Ən ciddi tədbirləri görəcəyik"

Bank 2

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu yaxınlarda kommersiya banklarına xəbərdarlıq məktubu göndərib.

Bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Biz bəyan etmişik ki, hər hansı bank indiki həssas zamanda valyuta mübadiləsi əməliyyatlarının aparılması zamanı qanunvericiliyin tələbini pozarsa, tənzimləyici olaraq ən ciddi tədbirləri görəcəyik", – deyə R. Aslanlı bildirib.

R. Aslanlı vətəndaşlardan üzləşdiyi qanunsuzluqlarla, pozuntularla bağlı Palataya müraciət etməyini xahiş edib.

APA