Oktyabrda ABŞ iqtisadiyyatının qeyri-aqrar sektorunda 161 min yeni iş yeri açılıb.
Rəsmi statistikaya əsasən, ötən ay işsizliyin səviyyəsi 4,9% olub ki, bu da analitiklərin proqnozu ilə üst-üstə düşüb.
Xatırladaq ki, sentyabrda işsizliyin səviyyəsi 5% təşkil edib.
1 saat üçün orta əmək haqqının məbləği ay ərzində 0,4% artıb ki, bu da 0,3% səviyyəsində olan proqnozdan çoxdur. Əsas göstərici (iş yerlərinin sayı) proqnozu doğrultmasa da, orta əmək haqqının artması dolların əsas valyutalara qarşı möhkəmlənməsinə səbəb olub.
APA