XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 18:37

Kərimovanın 1 milyard 700 min dolları –ABŞ məhkəməsi Özbəkistana yenə "yox" dedi

Gülnarə

Nyu-York məhkəməsi ABŞ və Özbəkistan arasında Gülnarə Kərimovaya məxsus vəsaitlə bağlı müqavilə imzalanması tarixini yenidən uzadıb.

Strateq.az xəbər verir ki, tərəflər 2017-ci ilin yanvarınadək ABŞ banklarında dondurulmuş hesablarla bağlı razılığa gəlməlidir.

Söhbət Amerika prokurorluğunun müsadirə etdiyi 850 milyon dollar, o cümlədən İsveçrə banklarında dondurulmuş 550 milyon dollar və ABŞ, İrlandiya, Lüksenburq və Belçikadakı qapalı hesablarda isə 300 milyon dollar vəsaitdən gedir.

Amerikalı məmurlar bu vəsaitləri Özbəkistan hökumətinə qaytarmağ hazırdır, lakin pulun necə xərclənəcəyi və ona nəzarəti kimin həyata keçiricəyinə dair şübhələr var.

Xatırladaq ki, 2012-ci ildə başlanılmış tədqiqat nəticəsində İsveçrə, Hollandiya, ABŞ və İsveç prokurorluqları Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızına məxsus bank hesablarına həbs qoyulub.

M.Rzasoy