XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2016 - 19:57

“Türkiyəyə hərəkət eləmək çox çətin olacaq” –Zahid Orucdan sensasion iddialar

zahid-oruc

“Polis binasının partladılması ölkədə böhran yaratmaq, hökumətin fəaliyyətini iflic etmək, güc orqanlarına itaətsizlik göstərmək, xalqı terrordan asılı vəziyyətdə saxlamaq niyyəti ilə edilir”.

Strateq.az xəbər verir ki, bunu AzNews.az-a Milli Məclisin deputatı Zahid Oruc Türkiyədə 11 deputatın həbs olunmasına münasibət bildirərkən deyib. 

Deputatın sözlərinə görə, Türkiyənin hazırki mürəkkəb dönəmində 4 istiqamətə böyük bir cəbhə açılıb:

 “Buradan hər kəs dövlət əleyhinə atəş yağdırır. Belə olan təqdirdə əsas nöqtənin sifarişçisinin hansı dairədə oturduğunu təyin etmək çox çətindir. Hətta mən ehtimal edirəm ki, bu dönəmdə Amerika Fətullah Güləni Türkiyəyə təslim edəcək ki, ömrünün bu ahıl dövründə qətlə yetirilsin, mücahidləşsin və müsəlman dünyasında adı xüsusi ismə çevrilsin. Onun tərəfdarları da real silahlı müharibəyə keçsin. Bu səbəbdən çox mürəkkəb əməliyyatlar gedir. Türkiyədə böyük "siyasi qətllər" baş verə bilər. Regionun əsas dövləti Türkiyədir. Dövlətin ayaqda qalması üçün hər kəs addım atmalıdır”.

Z.Oruc iki gün öncə Diyarbəkirdə bələdiyyə başqanının fəaliyyətinə başlaması üçün silahlı qüvvələrin, icra orqanlarının, həmçinin təhlükəsizlik strukturlarının yardımından istifadə etmək məcburiyyəti yarandığını vurğulayıb:

 “Bir müddət öncə baş vermiş problemi çözmək üçün alternativ yol qalmadı. Bu o deməkdir ki, xüsusi ilə kürdlərin yaşadığı məkanlarda dövlət orqanlarının səlahiyyətlərini həyata keçirmək getdikcə çətinləşir. İkincisi, artıq terror hadisələri Türkiyənin içərilərinə doğru yayılmaqdadır. Bu o deməkdir ki, qardaş ölkənin daxili həyatında vətəndaşların təhlükəsizliyini ən aşağı vəziyyətə qoymaq, ölkənin parçalamaq, separatizmi yaymaq istəyənlər aktiv bir şəkildə silahlanıblar. Bunları təkcə PKK ilə bağlı götürmək də çox yanlışdır. Türkiyənin beynəlxalq siyasi münasibətləri o qədər yaxşı vəziyyətdə deyil. Xüsusi ilə də Rusiya ilə aktiv əlaqələrini bərpa etməsi, müxtəlif layihələr həyata keçirməsi onun daxilini sarsıtmaq istəyən qüvvələri ayağa qaldırıb. FETÖ əməliyyatından sonra HDP üzərindən PKK qüvvələrinin sərt bir şəkildə hərəkətə keçməsini görürük. Yəni, bir neçə qüvvənin marağı birləşib. Polis binasının partladılmasının ardınca yəqin ki, müxtəlif siyası şəxslərə qarşı qətllər törətmək, ölkədə böhran yaratmaq, hökumətin fəaliyyətini iflic etmək, güc orqanlarına itaətsizlik göstərmək, xalqı terrordan asılı vəziyyətdə saxlamaq istəyəcəklər. Mən heç şübhə etmirəm ki, Türkiyənin İraq və Suriya əməliyyatı ilə də bu terrorun bağlılığı vardır. Biz əlbəttə ki, Türkiyə prezidentinin siyası gücünü, onun idarəetmə səriştəsini, uzun illərdən bəri Türkiyənin aktiv bir şəkildə dünyanın güclü dövlətinə çevrilmək yolunda fəaliyyətini hər zaman yüksək qiymətləndirmişik”. 

Z.Oruc hesab edir ki, İŞİD bayrağı altında birləşən qüvvələr növbəti dəfə hansı ölkəni hədəf seçəcəkləri ilə bağlı axtarışdadırlar:

 “Çox ehtimal ki, qara bayrağı Türkiyə içərisində də qaldıranlar olacaq. Düşünürəm ki, Atatürk ideyalarına bağlı olan güclü bir xalq kimi Türkiyə cəmiyyəti terror qüvvələrinə, ölkədə hakimiyyət əleyhinə mübarizə aparmağa imkan verməyəcək. Lakin bu da fakdır ki, Türkiyədə radikallıq artıb, qütbləşmə dərinləşib, dövlət eleyhinə keçidli qüvvələr var, hətta düşmənlərin maraqları ortaqlaşıb. Ona görə də daxili və xarici cəbhədə Türkiyəyə hərəkət eləmək çox çətin olacaq”.