XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Noyabr 2016 - 20:30

Deputat Fazil Mustafa rektoru təriflədi:"Yeni dünyagörüşlü rektor obrazına ehtiyac var"

fazil-esas

Fazil Mustafa,

Milli Məclisin deputatı, BQP sədri

 

Bu gün İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində ilk dəfə TEDx konfransı keçirildi. “Təhsil və elmin vəhdəti” mövzusunda təşkil edilən bu ilk konfransda UNEC-in rektoru, professor Ədalət Muradov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, təhsil üzrə ekspert, professor Şahlar Əsgərovun bir-birindən dəyərli məruzələri dinlənildi.

"Azərbaycanda təhsil prosesi və elmi fəaliyyətin qanunvericilikdə tənzimlənməsi" mövzusunda 20 dəqiqəlik bizim də təqdimatımız oldu. 

Bu, çox ciddi bir hadisədir və ilk dəfə Azərbaycanda bu formatda tədbirin keçirilməsi həqiqətən də İqtisad Universitetinin rektoru hörmətli Ədalət Muradovun yenilikçi yanaşmasının uğurlu nəticəsidir.

Bu gün həm də Azərbaycanda universitet rektoru obrazının müsbət mənada necə dəyişilməsinin xoş təəssüratını yaşadığımı da gizlətmirəm. Professor Ədalət Muradov "Elm və təhsildə insan kapitalı faktoru" mövzusunda çox faydalı bir məruzə ilə çıxış etdi, bir universitet rəhbərinin qarşıda duran məqsədlər barədə dəqiq və fundamental mülahizə və təsəvvürlərini ortaya qoyması olduqca təqdirəlayiq bir haldır.

Məncə, Azərbaycanda pilot universitet layihəsi ləngimədən gerçəkləşməli, universitetlərin muxtariyyət imkanları daha da artırılmalıdır ki, dünya təhsil sisteminə yaxınlaşan tədris sistemi bərqərar ola bilsin. Universitetlərdə yaxşı müəllim, yaxşı tələbə obrazları ilə yanaşı, mütərəqqi və yeni dünyagörüşlü rektor obrazına da zəruri ehtiyac var. Təəssüf ki, Azərbaycanda bu obrazları bir sıra universitetlərdə görmək olmur.

Bu xalqın dünyada dəyər qazanmasının tək yolu təhsildən keçir. Hər kəs özünə aid olan sferada təhsilin keyfiyyətinin qalxması üçün kiçik bir addım atarsa, inanın ki, millət olaraq elə bir qabiliyyət ortaya qoyarıq, buna şübhə ilə yanaşanların da hamısı heyrətlənər.

Bir neçə gün öncə Qori Müəllimlər Seminariyasının qurucusu Çerniyayevskinin haqqında dostlardan birinin yaydığı məlumatı paylaşmışdım. Bir əlil rus ziyalısı Azərbaycanı kəndbəkənd, qapı-qapı dolaşıb cahil insanlarımıza uşaqlarını oxutmağın vacibliyini təbliğ edirdi və Azərbaycan türkcəsində dərslik yazaraq, bilik verməyə çalışırdı. Elə bu nümunəyə baxmaq yetərlidir ki, bir bioloji varlıqdan bu gün haraya gəlib çıxdığımızı anlayaq. Hər birimiz Çerniyayevski qədər ruhən azərbaycanlı ola bilsək, yaxşıya doğru durumu tezliklə dəyişə bilərik.