Rusiyanın İvanovo şəhərində 2 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qaz sızmasından baş verən partlayış zamanı bina çöküb və nəticədə 5 nəfər həyatını itirib.
6 nəfərin xəsarət aldığı, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Dağıntılar altında qalanların olması da istisna edilmir.
Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadası cəlb olunub.