XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2016 - 17:20

Azərbaycan kikboksçusu erməni idmançı üzərindəparlaq qələbə qazanıb (FOTO)

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

Federasiyadan bildiriblər ki, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nakauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur(azərtac).