XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2016 - 23:47

“O gecə Ərdoğan İrana qaçacaqdı” iddiasına rəsmi Tehrandancavab

hesen-iran

""Bu, Türkiyədə baş verir, bizə nə?" deyə bilməzdik".

Strateq.az xəbər verir ki, bunu İran lideri Ayətullah Xamneinin hərbi müşaviri, İran Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general Həsən Firuzabadi deyib.

O, Türkiyə mediasında son vaxtlar geniş müzakirə mövzusu olmuş 15 iyul hərbi çevriliş cəhdi gecəsi prezident Ərdoğanın İrana gəlmək istədiyinə dair xəbərlərə də münasibət bildirib.

General H.Firuzabadi çevriliş cəhdinin uğurlu olacağı halda Rəcəb Tayyip Ərdoğanın Türkiyəni tərk edib İrana gələcəyi iddialarının gerçək olmadığını deyib.

Firuzabadi 15 iyul gecəsi İran təhlükəsizlik qüvvələrinin ölkənin bir çox bölgəsində tam hazırlıq vəziyyətinə gətirildiyini gizlətməyib: "Çünki o gecə təyyarələrdən bəziləri səhvən İran hava sahəsinə girə, yaxud İrana qaçırıla bilərdi".

M.Rzasoy