XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2016 - 22:06

“Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil” –Elmar Məmmədyarov

Elmar

"Təəssüf ki, Dağlıq  Qarabağ münaqişənin həllində ləngimə var”.

Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Sankt- Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: "Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status-kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür, Ermənistan tərəfi məsələni ləngidir".

APA