XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2015 - 10:39

Bu gün 34 PKK-çı daha öldürülüb- “Qurban”ların sayı 1000-i keçdi

Türkiyə Silahlı Qüvvələrinin PKK yuvası Qəndil dağında keçirdiyi hava əməliyyatlar çərçivəsində bu gün 34 separatçının öldürüldüyü xəbər verilir.

Strateq.az-ın bildirdiyinə görə, türk mətbuatının “son dəqiqə xəbəri” olaraq verdiyi məlumatın başqa detalları açıqlanmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəlki məlumatlarda son bir ay ərzində 970 PKK-çının öldürüldüyü bildirilirdi. Bu günkü ölü sayını da ümumi statistikaya əlavə etsək, son əməliyyatlar zamanı zərərsizləşdirilən separatçı sayının 1000-i keçdiyi məlum olur.