XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 10:08

Erməni yazıçı Xocalı abidəsi önündə baş əydi –FOTOLAR

avaetyan

Azərbaycana Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Xocalı abidəsini ziyarət edib.

APA-nın xəbərinə görə, ötən il təqiblərə məruz qaldığı üçün Ermənistandan ailəsi ilə birlikdə Azərbaycana qaçmış Vaan Martirosyan da onun yanında olub.

Qeyd edək ki, İsveçdə yaşayan siyasi mühacir və Sərkisyan rejiminin tənqidçisi olan V. Avetyanın ötən gün Bakıya gəlib. O, mətbuata müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu deyib. Avetyan ikinci cəhdində Azərbaycana gələ bilib. Ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Avetyan ilk dəfə Bakıya qeyri-qanuni yolla gəlməyə cəhd etdiyi üçün ölkəyə buraxılmayıb.

Yazıçı Bakıya gələndən sonra sosial şəbəkədə səfərlə bağlı fikirlərini paylaşıb: “Azərbaycan mediası Ermənistanın ünvanına tənqidləri dərc etdiyi üçün danışıram. Bu tənqidləri Ermənistanın satqın tulaları, jurnalistləri, hüquq müdafiəçiləri, qrant və muzd üçün çalışan konyukturaçı "sülhpərvər"ləri heç zaman etməyib”. 

Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan isə üçüncü ölkəyə göndərilib. Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gəlib.