XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 10:54

General Rəhim Səfəvi barmaq silkələdi:"Bərzaniyə xəbərdarlıq edirik..."

rehim-sehvevi

"Türkiyə ilə əlaqələrimiz yaxşı səviyyədədir. Lakin Türkiyə siyasi məsələlərdə İranla rəqabət aparır. Türkiyə İranın siyasətinə zidd şəkildə hərəkət edir. Bir vaxtlar Əhməd Davudoğlu qonşu ölkələrlə etibarlı sərhədlər istəyində olduğunu söyləmişdi, amma bu gün bu sərhədlər etibarsızdır".

Strateq.az xəbər verir ki, bunu Ayətullah Xamnəinin hərbi müşavirlərindən olan general Yəhya Rəhim Səfəvi deyib 

İranlı general ölkəsinin qonşu dövlətlərlə yaxşı münasibətlərdə olmaq istədiyini bildirib.

Y.R.Səfəvi İraqın şimalında M.Bərzaninin Səudiyyə Ərəbistanı konsulluğu ilə şübhəli əlaqələrə malik olduğunu açıqlayıb:

"Bərzaniyə İran əleyhdarlarını silahlandırmağa icazə verməsi ilə bağlı xəbərdarlıq edirik. O, iranlılara borclu olduğunu bilməlidir. Əgər bu siyasi oyuna girsə, bundan sonra İranın ona kömək edəcəyi şübhəlidir".

M.Rzasoy