XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 11:25

Donald Tramp:"Məğlub olsam, bu, böyük fəlakət olacaq"

tramp-44

"Amerika xalqı ədaləti sandıqda bərpa edəcək və biz qalib gələcəyik".

Bu sözləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Tramp deyib.

“Ölkə iqtisadiyyatı Barak Obamanın idarəçiliyində çöküş yaşadı. Klinton saxta bir seçim sistemi qurub. Əgər səsvermədə Klintona məğlub olsam, bu, böyük fəlakət olacaq. Uduzsaq, bütün vaxtımız, enerjimiz, pulumuz heçə gedəcək”, – Tramp bildirib.

Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri start götürür. Prezidentlik uğrunda iki əsas namizəd – Demokratlar Partiyasından Hillari Klinton və Respublikaçılar Partiyasından Donald Tramp mübarizə aparacaq.

Axar.az