XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 12:19

Nazir silahla fotosu yayılan xanım direktora yeni vəzifə verdi –FOTO

mikayil-nazir

Bir müddət əvvəl silahlı fotosu ilə gündəmə gələn xanım direktor yeni məktəbə təyinat alıb.

Strateq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Mikayıl Cabbarovun əmri ilə Şıxlinskaya Kəmalə Məcid qızı Binəqədi rayonu 179 saylı orta məktəbin direktoru vəzifəsindən çıxarılaraq Xətai rayonu 59 saylı məktəbin rəhbərliyinə gətirilib.

Qeyd edək ki, gənc direktor 17 mart, 1981-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirib. Xanım direktor ötən il medianın gündəminə məhz silahla çəkdirdiyi fotolarla düşmüşdü. O isə açıqlamasında sözügedən şəkillərin Londonda çəkildiyini qeyd etmişdi.

Xatırladaq ki, Kəmalə Şıxlinskaya Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxliniskinin qızıdır.