XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Noyabr 2016 - 17:30

Saakaşvili niyə istefa veriib? –Poroşenkodan açıqlama

poroshenko-1

"Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində tərəfdarlarını məğlubiyyətinə görə istefa verib".

Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin istefasını şərh edərəkən bildirib.

Onun sözlərinə görə, noyabrın 9-da Ukrayna hökuməti M.Saakaşvilinin istefasını dəstəkləyəcək: “Bəziləri Gürcüstandakı parlament seçkilərindəki məğlubiyyətdən sonra fəaliyyət sahəsinin dəyişərək, Ukraynada daha aktiv siyasətlə məşğul olmaq qərarına gəlib”(Report).

Qeyd edək ki, oktaybrın 8-də və 30-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ötən gün isə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.

M.Saakaşvili Ukrayna Prezidenti Pyotr Porşenkonu yalan danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar "Maydan" hərəkatı ideyalarından sui-istifadə ediblər.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib.