Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Beytulla oğlu Quliyevi vəzifəsindən azad edib.
Strateq.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə Rafael Qəzənfər oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.