XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 20:05

Bərzanidən iranlı generalın ittihamlarına yazılı –Cavab

barzani

İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri M.Bərzani iranlı general Səfəvinin açıqlamasına təpki göstərib.

Strateq.az xəbər verir ki, yazılı cavabda deyilir:

"Kürd Muxtariyyətinin təməl siyasəti qonşu ölkələr və xüsusilə də İran İslam Respublikası ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdir. Bölgənin etibar və sabitliyinə köməkçi olacağımıza və başqa ölkələrin də daxili işlərinə qarışmamaq istiqamətində öhdəliklərimiz var".

Daha sonra bəyanatda deyilir:

"İraq Kürd Bölgə Muxtariyyəti və İranın əlaqələri ortaq tarixdən qaynaqlanar. İran dövləti və xalqına çətin günlərdə xalqımıza dəstək verdiyi üçün təşəkkür edir, bu yardımları da heç zaman unutmuruq. Xüsusilə İŞİD-li terroristlərə qarşı mübarizədə də bölgə xalqı və peşmərgə güclərinə dəstək verən İran və digər ölkələrə minnətdarlığımızı çatdırırıq".

M.Bərzani yazılı bəyanatında Tehran və Ərbil arasında ixtilafları aradan qaldırmaq məqsədi ilə işçi qrupun yaradıldığını bildirib.

Həmin qrup general Səfəvinin bəyanatındakı iddia ilə bağlı artıq araşdırmaya başlayıb.

Xatırladaq ki, noyabrın 7-də İran generalı Yəhya Səfəvi İraqın şimalında M.Bərzaninin Səudiyyə Ərəbistanı konsulluğu ilə şübhəli əlaqələrə malik olduğunu açıqlayıb. "Bərzaniyə İran əleyhdarlarını silahlandırmağa icazə verməsi ilə bağlı xəbərdarlıq edirik. O, iranlılara borclu olduğunu bilməlidir. Əgər bu siyasi oyuna girsə, bundan sonra İranın ona kömək edəcəyi şübhəlidir".

M.Rzasoy,

Strateq.az