XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2016 - 20:45

Türkiyədə şok olay –Çavuşoğlunun atasını döydülər

Çavuşoğlu

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun atası naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bu barədə “Alanyaadress.com” saytı məlumat yayıb.

Namaz qılmağa gedən Osman Çavuşoğlu məscidin həyətində 2 şəxsin spirtli içki qəbul etdiyini görüb.

Yaşlı kişi onlara “Nə üçün məscidin həyətində içirsiniz?” sualını verdiyi an sərxoş şəxslər onu döyməyə başlayıb.

Baş və çiyin hissəsindən yüngül xəsarət alan nazirin atası xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxslərin tutulması istiqamətində araşdırmalara başlanılıb.

Axar.az