XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 09:45

ABŞ-da seçkilər:Donald Tramp irəlidədir

ABŞ-da prezident seçkilərində bülletenlərin hesablanmış nəticəsinə görə Respublikaçılar Partiyasından namizəd Donald Tramp liderdir. O, səslərin 49,9 faizini, Demokratlar Partiyasından namizəd Hillari Klinton isə 46,2 faizini toplayıb.
 
Exit-polların və indiyədək hesablanmış bülletenlərin nəticələrinə əsasən, Donald Tramp 28 ştatda üstünlüyü ələ alıb.

Tramp seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan biri hesab edilən Floridada qələbə qazanmağa yaxındır. Ştat üzrə bülletenlərin hesablanmış 94 faizinin nəticəsinə görə o, 49,2 faiz, Hillari Klinton isə 47,6 faiz səs toplayıb.

Ümumilikdə Donald Tramp 19, Hillari Klinton 13 ştatda liderlik edir.