XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 11:44

Səfir:"ABŞ-da səsvermə, mübarizə başa-baş getdi"

robert-11

"ABŞ-da səsvermə, mübarizə başa-baş getdi. Seçkidə hər bir səsin əhəmiyyətli olduğu bir daha təsdiqini tapdı".

Bunu ABŞ-da prezident seçkilərinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, səslərin sayılması davam edir: "Ancaq Hillari Klintonun nümayəndəsi artıq tərəfdarları evlərinə qayıtmağa çağırıb. Bununla belə, ABŞ-da adətən namizədlərdən biri qələbə münasibəti ilə digərini təbrik edir. Hələ bu baş verməyib. Buna görə də seçkinin qalibi barədə danışmaq tez olardı".

ABŞ səfiri yeni prezidentin dövründə də Azərbaycanla münasibətlərdə iqtisadiyyat, enerji və demokratiya sahəsində prinsiplərin dəyişməyəcəyinə inandığını bildirib.  (APA)