XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

09 Noyabr 2016 - 12:58

Trampdan prezidentlik açıqlaması:"Heç bir şey bizim üçün əlçatmaz deyil"

Trump pp

"Hər kəsə öncəliklə öz təşəkkürlərimi bildirirəm. Klintondan mənə bir qədər əvvəl zəng gəldi. Bizi təbrik elədi, biz də onu təbrik etdik. Hillari Klintona uzun zamandır çalışdığı çətin peşəsinə görə təşəkkür borcluyuq."

Strateq.az xarici mətbuata istinadən bildirir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Donald Tramp öz çıxışı zamanı bildirib.

"Zaman artıq ABŞ-ın bölünmüş yaralarını sarımaq zamanıdır. Respublikaçıların, Demokratların bir araya gələrək birləşmə zamanıdır. Buradan məni dəstəkləməyənlərə demək istədiyim sözlər var. Mən sizə əlimi uzadıram, sizin köməyinizə ehtiyacımız var, biz birlikdə güclüyük və birlikdə irəliləməliyik.  Heç bir şey bizim üçün əlçatmaz deyil. ABŞ-ı yenidən möhtəşəm və dünyanın 1 nömrəli supergücü edəcəyik və heç bir xalqa, dövlətə düşmənlik, ədavət bəsləməyəcəyik. Sizlərin mənə olan etibar və inancını boşa çıxarmayacağıma söz verirəm. Prezident olmağı səbrsizliklə gözləyirəm. Hamınızın bu prezidentdən qürur duyacağı işlərə başlayacağıq. Bu mənim üçün inanılmaz bir gündür. Bu ölkəni sevirəm. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağolun"- deyə, ABŞ-ın yeni 45-ci prezidenti Donald Tramp bildirib.

Xatırladaq ki, D.Tramp yanvar ayının 20-si prezidentlik andından sonra öz vəzifəsinə başlayacaq.