Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Strateq.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.
Məlumatda deyilir ki, Putin Trampa təbrik teleqramı göndərərək prezident postunda ona uğurlar arzulayıb.
Putin həmçinin Rusiya-ABŞ münasibətlərindəki böhranın aradan qalxması üçün birgə əməkdaşlığa ümid etdiyini də bildirib.