XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

09 Noyabr 2016 - 17:50

Donald Trampa prezidentlik yolunu açan adam-Ceyms Komi

ceyms-usa

Ceyms Komi – cəsur yeniyetmə, dikbaş məmur, nankor demokrat, gizli respublikaçı.. 

Bu yazını noyabrın 3-də hazırlamışdıq. Əməkdaşımızın xarici mediadan toparladığı məlumatlar əsasında yazdığı bu yazıda FTP direktoru Ceyms Kominin seçkilərdə namizədlərin şansını xeyli dərəcədə dəyişdiyini göstərirdi. Hesab olunurdu ki, onun açıqlamalarında sonra Trampın prezident seçilmək şansı artıb. 

Trampın ABŞ prezidenti seçilməsini nəzərə alaraq həmin yazını oxuculara təkrarən təqdim edirik:

FTB direktoru Ceyms Komiyə cəmi bir rəsmi bəyanat lazım oldu ki, ABŞ prezidentliyi uğrunda seçkilərin gedişini tamamilə dəyişdirsin. 

Məhz onun sayəsində Donald Tramp Putinlə əlaqələrlə bağlı ittihamlardan qurtulub.

Hillari Klinton isə seçkiləri uduzmaq, hətta həbsə düşmək təhlükəsi ilə üz-üzə qalıb. 

Musavat.com xarici mətbuata istinadən hazırda ABŞ mediasının hədəf taxtasında oturan 1 nömrəli populyar ismi Ceyms Komi haqqında maraqlı məlumatları oxuculara təqdim edir.

Ceyms Komi uşaqlıqdan hədəf altında olmağın nə olduğunu yaxşı bilir. 1977-ci ilin oktyabrında hələ 15 yaşlı yeniyetmə ikən o, qardaşı ilə birlikdə seriya qatilin qurbanı olmaqdan güclə qurtulub. Həmin gün Nyu-Cersinin kənarında yaşayan Komi evlərinə zorla daxil olan manyakdan qaçmaq üçün qardaşı ilə birlikdə evin pəncərindən tullanmalı olub.

Bu hadisə ABŞ-n ən böyük təhlükəsizlik qurumlarından birinin gələcək rəhbərinin seçəcəyi ixtisasda həlledici rol oynayıb. Komi Barak Obamanın da təhsil aldığı Çikaqo hüquq məktəbini bitirib.

Ceyms Kominin dövlət karyerası 1987-ci ildən başlayıb. Həmin il o, Nyu-Yorkun Cənub dairəsinin prokurorluğunda işə başlayıb.

1996-2001-ci illərdə isə Komi ABŞ-ın ədliyyə nazirinin (Ədliyyə naziri həm də ölkənin baş prokurorudur-red.) Virciniya ştatının Şərq dairəsi üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmin postda o, ABŞ ordusunun Səudiyyə Ərəbistanında yerləşən bazası, Hobar Tauersdə törədilən və 20 ABŞ hərbçisinin həlak olması ilə nəticələnən terror aktının araşdrılmasında iştirak edib.

2011-ci ildə isə Ceyms Komi Nyu-York ştatının Cənub dairəsinin prokuroru vəzifəsinə gətirlib. Komi həmin vəzifədə Marta Stüart adlı, sağlam həyat tərzini təbliğ edən teleaparıcı ilə bağlı cinayət işinin araşdırılması ilə yadda qalıb. Maraqlıdır ki, həmin dövrdə də Komi, Hillari Klintonla bağlı işdə olduğu kimi, sifarişlə iş görməkdə ittiham edilib.

2002-ci ildə isə prezident Corc Buşun dövründə  Ceyms Komi ABŞ ədliyyə nazirinin müavini vəzifəsini tutub. Həmin vaxt ABŞ-ın terrorla mübarizə aparrdığı bir dönəmdə Komi özünü bacarıqlı dövlət qulluqçusu kimi göstərməyi bacarıb.

Elə bu illərdə Ceyms Kominin Klintonlarla ilk toqquşma hadisəsi qeydə alınıb. 

Belə ki, Komi Bill Klintonun vəzifədən getməsinə bir neçə saat qalmış  əfv etdiyi Mark Riç adlı ABŞ biznesmeni haqqında cinayət işini yenidən açıb. Riç ABŞ-ın tətbiq etdiyi sanksiyalara rəğmən İranla neft alverində ittiham olunurdu. Komi işi Mark Riçin Demokrat partiyası ilə bağları üzərində qurmuşdu. Doğrudur, sonradan iş yenidən bağlansa da Bill Klintonun reputasiyasına ciddi ziyan gətirdi.

Maraqldıır ki, Ceyms Komi heç prezident Corc Buşun özü ilə də “dolanmayıb”. 

2004-cü ildə NyuYorkda törədilən terror aktlarından sonra həyata keçrilən anti-terrorizmlə mübarizə zamanı Ceyms Komi xüsusi xidmət orqanlarınn hüquqlarının artırılmasına kəskin surətdə qarşı çıxması və bununla bağlı müvafiq sənədi nümayişkənarə surətdə imzalamaması  ilə yadda qalmağı bacardı.

Həmin dövrdə Komi ədliyyə naziri Con Eşkroftun xəstəlyi ilə əlaqədar vəzifəsini icra  edə bilməməsi səbəbindən onu əvəz edirdi.

Prezident Corc Buş xəstəxanada yatan Con Eşkroftun yatdığı palataya özü zəng vurub həmin sənədi dərhal imzalamağı tələb edib.

Con Eşkroft, Corc Buş və Ceyms Komi

Eşkroftun həyat yoldaşı isə bunu Ceyms Komiyə xəbər verib. Sonuncu dərhal xəstəxanaya gedib və prezidentin hüquq məsələləri üzrə müşaviri Enrike Qonsalesi də orda görüb.

Komi Qonsalesə rəsmi olaraq ədliyyə naziri vəzifəsini icra etdiyini, buna görə bu məsələlərin onun özü ilə danışılması gərəkdiyini söyləyib. Hadisə şahidlərinin dediyinə görə, Qonsales əsəbi halda, suyu süzülü-süzülə xəstəxananı tərk etməli olub.

Həmin dövrdə həm Eşkroft, həm də Komi FTB-nin direktoru Robert Müllerlə birlikdə Ağ Evdən göstərilən təzyiqlərə müqavimət göstərə biliblər. Onlar prezidenti hətta istefa hədəsi ilə təhdid ediblər. Nəticədə prezident sənədi güc orqanlarının rəhbərlərinin istədiyi dəyişikliklərlə imzlamağa məcbur olub.

Görünür, Corc Buş Kominin bu “dikbaşlığını “ əfv etməyib ki, sonuncu bir ildən sonra dövlət qulluğundan ayrılmalı olub. 2010-cu ilə qədər Ceym Komi ABŞ-ın silah nəhəngi Lockheed Martində, 2013-cü ilə qədər isə investisiya fondunda çalışıb və eyni zamanda Kolumbiya universitetində dərs deyib.

2013-cü ildə isə ABŞ prezidenti Barak Obama yenidən onu dövlət qulluğuna geri qaytarıb – bu dəfə FTB-nin direktoru olaraq.

İndi isə Barak Obamanın “kadrı” olaraq Ceyms Komi Demokrat partiyasının əsas düşməni sayılır.

Demokratlar həmişə qanunlara bağlılığını bəyan edən Ceyms Kominin özünü qanunları pozmaqda günahlandırırlar. Belə ki, ABŞ-da 1939-cu ildə qəbul edilən Hetç qanununa görə, dövlət qulluqçularına icra hakimiyyətinin resurslarından istifadə edərək seçkilərə təsir göstərmək qadağan edilir.

FTB direktorunun Hillari Klintonun poçt hesabları ilə bağlı işlə əlaqədar susmağa tam hüququ olub. Yəni o, cinayət işinin açıldığı barədə konqress üzvlərini məlumatlandırmaya bilərdi. 

Lakin FTB direktorunun bu məsələdə xüsusi canfəşanlıq nümayiş etdirməsi onu qərəzsizliyinə böyük şübhə yaradıb. Ceyms Kominin vaxtilə respublikaçı kimi qeydiyyatdan keçməsi demokratların bu barədə arqumentlərini gücləndirib. 

Vaqif Hüseyn, musavat.com