XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2016 - 00:47

“ABŞ bizi qorumayacaq, Avropa ordusunun yaradılması qaçılmazdır” –Yunker

yunker

"Avropa ordusunun yaradılması qaçılmazdır, çünki gələcəkdə ABŞ qitənin təhlükəsizliyinin qayğısına çox güman ki, qalmayacaq".

Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker Berlində bəyan edib.

"Biz hamımız, xüsusən Almaniya və Berlin amerikalılara tarixi cəhətdən borcluyuq. Lakin uzun sürən perspektivdə amerikalılar avropalıların təhlükəsizliyinin qayğısına qalmayacaqlar. Bunu biz özümüz etməliyik. Avropa müdafiə ittifaqına dair məsələ gündəmə gətirilməlidir. Avropa ordusunun yaradılması qaçılmazdır. Necə deyərlər, bu musiqi artıq səslənir, lakin bir çox avropalılar onu eşitmir”, –  deyə, J-K.Yunker bildirib.

APA