XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 16:12

Araz Ağalarov:“Tramp müflislikdən çıxa bilibsə, deməli...”

aqalar

"Donald Tramp iki dəfə müflis olub. Amma o, bu vəziyyətdən uğurla çıxa bilib. Əgər insan bunu edə bilibsə, deməli, o, yaxşı danışıqlar aparmağı bacarır. Yəni, kompromislər tapır. İstənilən siyasət isə güzəştlər deməkdir”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyalı milyarder Araz Ağalarov Donald Trampın prezident seçilməsi ilə bağlı "Komsomolskaya pravda" qəzetinə açıqlamasında deyib.

Ağalarov deyib ki, 2013-cü ildə Rusiyada dünya gözəllik yarışması keçirilərkən Tramp bir həftə onun qonağı olub: "Bu müddətdə, o, Kremldəki heç kim onunla görüşməyib”.  

Ağalarov deyib ki, Trampın prezident seçilməsi ilə iki ölkə arasında münasibətlərdə yaxşılaşma ola bilər: 

"Mənə elə gəlir, bu, mümkündür. Lakin təbii ki, ABŞ-da böyük rəqib ordusu da var. Amerikada düşmən axtarışında olan maraqlı qüvvələr mövcuddur. Əvvəlcə bu, SSRİ idi. Sonra bu düşmən Yaxın Şərqdə peyda oldu. İndi isə Rusiyanı belə düşmən kimi təqdim etmək istəyirlər. Ola bilsin Trampın gəlişi ilə nə isə dəyişsin”.