XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 10:54

Bank nazirlik işçisini hədələyib –Vüqar Bayramovdan şərh + FOTO

Vüqar

"Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa, onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinnə görə, bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar:

"Bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanuvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır. Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir". 

İqtisadçının sözlərinə görə, bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz:

"Əgər borcunuz varsa və bank sizə bu yollar ilə təzyiq edirsə, daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu, həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollar ilə istəmək vərdişi aşılaya bilər".

Vüqar Bayramov sosial şəbəkədəki səhifəsində bank hədəsini, daha dəqiqi şantajını göstərən faktı da paylaşıb.

Həmin faktı da təqdim edirik: