"İsrail İrana Suriyada mövqelərini möhkəmləndirməyə imkan verməyəcək".
Netanyahu bu barədə həmkarı Dmitri Medvedevlə apardığı danışıqların nəticəsinə dair bəyanata verərkən danışıb.
“İki məsələni həll etməyə istiqamətlənmişik. Birincisi, İranın nüvə silahı əldə etməsinə imkan verməmək. İkincisi İranın Suriyada mövqelərini möhkəmləndirməsinin qarşısını almaq” – Netanyahu belə deyib.
Onun sözlərinə görə, İsrail Suriyanın iranyönlü qüvvələr tərəfindən zəbt edilməsininin qarşısını almaqda qərarlıdır. Netanyahu bildirib ki, “Hizbullah” a yeni silahların verilməsi ilə barışmayacaqlar, çünki bu silahlar İsrailə qarşı yönələ bilər.
Avropa.info