XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 12:54

İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı –Məqalə

ehed-bayraq

Kolumbiya mətbuatı Daşkəsinin icra başçısı Əhəd Abiyevdən yazıb.

Lent.az-ın colombia.com-a istinadən məlumatına görə, yerli mətbuatda çıxmış məqalədə Əhəd Abiyevin Kolumbiya və Ermənistan bayraqlarını rənglərinə görə səhv saldığı qeyd olunub.

Məqalədə bildirilir: "Əhəd Abiyevin başına xoşagəlməz hadisə gəlib. Ə.Abiyev əsgərlərin qarşısında "şifer” materialından hazırlanmış Kolumbiya bayrağını yumruqla sındırmağa cəhd edib. Saatlar sonra sındırmağa çalışdığı bayrağın Ermənistana deyil, Kolumbiyaya məxsus  olduğunu anlayan Ə.Abiyev məyus olub. Həm də bilinməlidir ki, Ə.Abiyevin bu hərəkəti Kolumbiyaya qarşı cinayət sayılır.  

Onu da diqqətinizə çatdıraq ki, Azərbaycan və Ermənistan arasındakı mövcud konflikt 1991-ci ildə Dağlıq Qarabağ ərazisi uğrunda başlayıb. Sonda həmin ərazidə hökmranlığı ələ alan Ermənistan Azərbaycan bayrağına bənzər "göy, sarı, qırmızı” üçrəngli bayraq seçiblər”.