XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2016 - 13:23

FED-in gözlənilən qərarı Azərbaycana necə təsir edəcək? –Deputatdan bahalaşma anonsu
C

C

Trampın iqtisadi məsələlər üzrə müşaviri Devid Malpas dekabr ayında FED-in uçot dərəcəsini artıracağını bəyan edib.

Strateq.az xəbər verir ki, bununla bağlı millət vəkili Vahid Əhmədov azNews.az–a açıqlamasında Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsinin artırılacağı ilə bağlı qərarının gözlənilən olduğunu qeyd edib:

"Ümumiyyətlə, bu məsələ hələ Amerikada prezident seçkiləri keçirilməzdən əvvəl gündəmdə idi. Federal Ehtiyyat Sisteminin uçot dərəcəsini qaldırmaq fikri vardı. Hətta, bu proses noyabr ayında gözlənilirdi. Onu dəyandırdılar. Amma ilin sonuna kimi müəyyən qədər dəyişiklik olacaq”.

V.Əhmədovun fikrincə, uçot dərəcəsinin dəyişilməsi ölkədə müəyyən problemlər yaradacaq: "Neftin qiymətindən tutmuş, milli valyutaya kimi hər şeyə təsir edəcək”.