XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2016 - 15:28

“Bu, çox ədalətsizdir” –Trampdan ABŞ-dakı etirazlara cavab

tramp-888

ABŞ-ın yeni seçilmiş prezidenti D. Tramp ona qarşı başlanan nümayişlərdə medianı günahlandırıb.

Dünyanın çeşidli KİV-lərinin davamlı olaraq yaydığı məlumatlara görə, artıq iki gündür minlərlə amerikalı Nyu-York, Çikaqo, Dallas, Denver, Portlandda etiraz aksiyaları keçirir. 

"The İndependent" xəbər verir ki, etirazlara qarşı Donald Tramp öz tvitter hesabından belə bir bildiriş yayıb: “Seçkilər şəffaf və uğurlu oldu. Hal-hazırda media tərəfindən təşviq olunan professional etirazçılar buna etiraz edir. Bu, çox ədalətsizdir”.  

Hazırda Tramp əleyhinə etirazlar 3-cü günündədir. Denverdə etirazçılar magistral yolu qısa müddətə bağlayıblar.

San-Fransiskoda isə tələbələr “O, bizim prezident deyil”, –  şüarlarını səsləndirərək etirazlarını davam etdirirlər. Nümayişlərin cümə gecəsi həm Demokrat, həm də Respublikaçıların ştatlarında davam edəcəyi gözlənilir. 

Etirazlar davam edərsə, ABŞ polisi əsas yolların bağlanacağını elan edib. Qeyd edək ki, nümayişlər zamanı polislə qarşıdurmalar olub və etirazçıları dağıtmaq üçün polislər bibər qazı və səs bombasından istifadə edib. 

Musavat.com