XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2016 - 16:31

Akademik Ramiz Mehdiyevin sədrliyi ilə yeni İşçi Qrupu yaradıldı –Sərəncam

ilham

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

İşçi qrupunun üzvləri:

Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri;

Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Qorxmaz Hüseynov – "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Əhməd Əhmədzadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri;

Balababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Saleh Məmmədov – "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.