XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2016 - 12:13

Prezident ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində- Əməliyyat şəraiti ilə tanış oldu

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib, komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izləyib.

Dövlət başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Prezident hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib, müvafiq tapşırıqlarını verib.