XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2016 - 16:27

Ceffri D. Saçs:"Müharibələr ABŞ iqtisadiyyatını çökdürür"

 

140704-M-OM885-013

"ABŞ, Yaxın Şərq savaşlarını davam etdirəcəyi təqdirdə iqtisadi problemləri artacaq və büdcə ölkə içərisindəki məsələlərin həllini belə, qarşılaya bilməyəcək"

Strateq.az xəbər verir ki, bu iddianı ABŞ-ın ən nüfuzlu iqtisadçı alimlərindən Ceffri D. Saçs irəli sürüb.

İqtisadçının “Boston Globe” qəzetində dərc olunan məqaləsinə görə, Amerika ordusunun hərbi investisiya və silah xərcləri ölkə iqtisadiyyatını çökdürə bilər.

Qeyd edək ki, 2008-ci ildə Cozef Stiglitz və Harvard Linda Bilmes tərəfindən aparılan araşdırmalarda ABŞ-ın o zamana qədər İraq və Əfqanıstanı müharibəsinə 3 trilyon dollar civarında pul xərclədiyi məlum olmuşdu. Brown Universitetinin “Savaş Layihəsinin hesabatı” adlı araşdırmaya  görə isə, bu məbləğ 2016-ci ildən etibarən 4.7 trilyon dollara yüksəlmişdi. Mütəxəssislərin fikrincə, ABŞ-ın bu iki döyüşdəki hərbi xərcləri, təhsil, səhiyyə, sənətkarlıq, elm və ekologiyanı qorumağa ayırdığı xərclərin cəmindən dəfələrlə yüksəkdir.

Ceffri Saçs öz məqaləsində həmin iddiaları şərh edərək yazır: "ABŞ-ın illik hərbi xərcləri 1 trilyon dollar ətrafındadır. Bu ölkənin milli gəlirinin yüzdə 5-i deməkdir. Ancaq kiber və nüvə təhlükəsizliyi, Müdafiə Nazirliyinin xərcləri, enerji və ölkə təhlükəsizliyinə qoyulan investisiya da göstərilən rəqəmlərdən xeyli yuxarıdır”.

Yazıda həmçinin ABŞ-ın hərbi bazalarındakı vəziyyətə də işiq tutulur: "ABŞ bir qitə imperatorluğudur və regional hərbi təhdid yaşamır. Buna baxmayaraq, hərbi investisiyalar və silaha çəkilən xərclərin həcmi çox böyükdür. Məsələn, ABŞ ordusunun 4999 hərbi bazasından yalnız 4 min 249-u ölkənin sərhədləri daxilində yerləşir. Digər 662 hərbi baza isə 36 fərqli ölkədədir. Üstəlik, bu rəqəmlərə hərbi kəşfiyyat dairələri və müəssisələri daxil deyil. "

Ceffri Yaxın Şərqdə diktatura rejimlərini devirmək üçün ABŞ-ın girdiyi hər müharibənin qlobal təhlükəsizliyə daha çox zərər vurduğunu bildirir. “ABŞ işğalına uğrayan heç bir ölkəyə demokratiya gəlmədiyi kimi, başda İraq, Liviya və Əfqanıstan kimi dövlətlər daha pis vəziyyətə düşdülər. Bu ölkələrdə sabitlik pozuldu, daxili savaşlarda milyonlarla insan həyatını itirdi”.