XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2016 - 17:20

Daxili İşlər nazirinin vətəndaşlarla növbəti görüşü Sumqayıtda olacaq –26 noyabrda

usubov-10

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabr ayının 26-da saat 10:00-da Sumqayıt Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı, Zəngilan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

DİN-dən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.