XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 01:44

ABŞ mətbuatından maraqlı iddia:Tramp prezident olmaya da bilər

tramp-klinton-88

Yalan, yaxud doğru olduğunu bilmirəm,  ancaq onu bilirəm ki, ABŞ-da prezident seçkilərini Donald Trampın qazandığı xəbəri yayılan kimi, sosial şəbəkələr maraqlı bir məlumatla alt-üst oldu. İddia edilirdi ki, guya bəzi məmurlar Trampın bu qələbəsinin şərəfinə Bakıda böyük bir şadyanalıq keçiriblər. Məşhur restoranların birində toplanan “Trampsevərlər” ABŞ-ın yeni prezidentinin sağlığına o ki var, “vurublar”. Həmin ziyafətin hələ bir ay davam edəcəyi belə, yayılan xəbərlər arasındaydı.

Bu gün ABŞ mətbuatında verilən bir məlumat isə, “Trampsevərlər”in kefinə soğan doğrayacaq. Nədən ki, xəbərə inansaq, şadyanalıq üçün çəkilən xərclər bata bilər.

Yox, yox, ABŞ mətbuatı konkret olaraq, Bakıdakı ziyafətdən bəhs etməyib. Sadəcə, Trampın prezident seçilməmə ethtimalından yazıb.

Strateq.az xəbər verib ki, bəzilərinin kefinə soğan doğrayacaq həmin ehtimalı ABŞ-ın nüfuzlu nəşrlərindən hesab olunan “Newsweek” irəli sürüb.

Ehtimal iki əsas versiyaya əsaslanır. İlk versiyaya görə, “Trampsevərləri” sevincdən məhrum edəcək bu ehtimal ona səs verəcəyi güman olunan nümayəndələrin milyarderə arxa çevirməsi ilə baş tuta bilər. Bildirilir ki, ABŞ Konstitusiyasına əsasən, prezidenti birbaşa xalq seçmir. Seçicilər sadəcə öz nümayəndələrini müəyyənləşdirirlər. Həmin nümayəndələr isə namizədlərdən birinə səs verirlər. 

Hazırkı göstəricilərə görə, seçicilər respublikaçı nümayəndələrə bu səlahiyyəti veriblər. Amma nümayəndələr “sədaqət” sözlərini tutmayıb, Klintona da yönələ bilərlər. Hardasa, bir aydan sonra öz vəzifə borclarını yerinə yetirəcək nümayəndələrin bu addımı Klitonu da prezidentlik kürsüsündə oturda bilər.

Maraqlıdır ki, namizədinə xəyanət etmək faktı ABŞ siyasət tarixində, nə az-nə çox, düz 157 dəfə yaşanıb, hətta 1836-cı ildə Virciniya əyalətinin 23 nümayəndəsi bir yerdə sözlərinə xilaf çıxıblar. Lakin namizədlər arasında fərq böyük olduğu üçün bu "xəyanət" əks tərəfin xeyrinə nəticələnməyib. Mümkündür ki, eyni proses yenə təkrarlansın və Trampın sevinci gözündə qalsın.

Qeyd edək ki, son seçkinin nəticələrindəki fərq də o qədər də ciddi deyil. Düzdür, Tramp 290, Klinton isə 228 nümayəndəyə sahibdir, amma 21 nəfər respublikaçı namizədin yanından ayrılsa, onun prezident seçilmə ehtimalı da aradan qalxmış olacaq. Deməli, ABŞ-da tarixdə ilk dəfə təkrar seçkiyə getmək durumu da istisna deyil. Klintonun prezident olması üçünsə 32 nümayəndənin Donalda xəyanət etməsi lazımdır.

İkinci ehtimal isə  ABŞ seçkilərindəki rəsmi nəticələrin hələ də açıqlanmamış olmasıdır. İndiki nəticələr sadəcə, bütün media qurumlarının “Associated Press” xəbər agentliyinin məlumatlarına güvənərək, Trampın 270 baryerini keçib prezident seçildiyini barədə proqnozundan ibarətdir. Üstəlik, bir çox əyalətdə iki namizəd arasında fərq o qədər az ki, rəsmi nəticələr tamamilə fərqli ola bilər…

 

Heydər Oğuz

Strateq.az