XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2016 - 08:11

MDB ölkələrində mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri müzakirəyə çıxarılır –Noyabrın 15-17-də

mdb-8

Noyabrın 15-17-də MDB İcraiyyə Komitəsində Rusiya Federasiyası Hökuməti və Müstəqil Dövlətlər Birliyi arasında qurumun üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Rusiya Federasiyası ərazisində olması şərtləri barədə Sazişin razılaşdılması üzrə ekspert qrupunun iclası keçiriləcək.

Strateq.az bildirir ki, bu barədə AZƏRTAC-a MDB qərargahının mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, ekspertlər MDB ölkələri Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə, habelə MDB üzvü olan ölkələrin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun Əsasnaməsinə əlavə və düzəlişlər edilməsi barədə qərar layihələrini müzakirə edəcəklər.