XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2016 - 14:23

Trampdan ABŞ-ın Suriya siyasəti haqqında şok qərar:"ABŞ “tanımadığı Suriya müxalifətini” dəstəkləməyəcək, əksinə..."

putin-and-trump

Britaniya qəzetləri ABŞ prezidenti Donald Trampın “The Wall Street Journal” qəzetinə müsahibəsindən ciddi narahatlıq ifadə edən yazılar dərc edir.

Həmin müsahibədə Tramp bildirir ki, “Suriya məsələsində o çoxlarından fərqli düşünür”.

Donald Tramp seçki kampaniyası zamanı verdiyi bəyanatları bir daha təsdiq edərək deyib ki, “Suriya rejiminə İŞİD-lə mübarizədə dəstək verilməsi ABŞ hökumətinin əsas siyasəti olacaq”.

O deyib ki, İŞİD-ə qarşı döyüşən Əsəd hökumətinə qarşı mübarizə aparmaqla İŞİD-i məhv etmək mümkün olmayacaq.

Tramp bildirib ki, o şəxsən Əsədi “xoşlamasa da” hazırkı vəziyyətdə Suriyadakı ekstremizmə və terrora son qoymaq üçün ən ağıllı yol onun rejimini dəstəkləməkdir.

Prezident seçilmiş Donald Trump deyib ki, ABŞ “tanımadığı Suriya müxalifətini” dəstəkləməyəcək, əksinə Assadı dəstəkləyən Moskva ilə münasibətlərini sahmana salacaq.

O əlavə edib ki, hazırda “bizim sayəmizdə möhkəmlənmiş Tehran da” Əsədi dəstəkləyir.

Britaniya qəzetləri yazır ki, Donald Trampın prezident seçilməsi Moskva, Tehran və Dəməşqdə qızğın alqışlanıb.

Suriya hökuməti bildirib ki, “yeni ABŞ prezidenti ilə əməkdaşlıq etməyə hazırdır”.

Bu arada Britaniya müdafiə naziri Maykıl Fallon NATO-nun Avropa müttəfiqlərini, “Avropa ordusu yaratmaq kimi ideyalardan” əl çəkib alyansdakı öhdəliklərini icra etməyə çağırıb.

London narahatdır ki, Donald Tramp seçki kampaniyası zamanı verdiyi daha bir “qorxulu vədi” yerinə yetirə bilər.

D.Tramp kampaniyası zamanı demişdi ki, ABŞ bundan sonra NATO qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyən üzvləri müdafiə etməyəcək.

Öhdəlik isə bundan ibarətdir ki, NATO üzvləri öz büdcələrinin ən azı iki faizini müdafiəyə xərcləməlidirlər.

Hazırda 28 üzvdən Britaniya da daxil yalnız beş üzv ölkə bu öhdəliyi yerinə yetirir. ABŞ NATO xərclərinin 72 faizini çəkir. Halbuki bir çox Avropa ölkələri müdafiəyə büdcələrinin heç 1 faizini də xərcləmirlər.  (Azadlıq radiosu)