XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Noyabr 2016 - 14:34

NATO lideri Trampa xəbərdarlıq edir:“Təkbaşına gediş etmək nə Avropa, nə də ABŞ üçün variantdır"

nato-23

NATO-nun baş katibi Jens Stoltenberg ABŞ-da prezident seçilmiş Donald Trampa “təkbaşına gediş”in Avropa və ABŞ üçün seçim olmadığı barədə xəbərdarlıq edib.

O bildirib ki, qərb hazırda böyük təhlükəsizlik problemi ilə üzləşib.

Seçki kampaniyası zamanı Tramp qərbin hərbi alyansı olan NATO-nu köhnəlmiş adlandırıb.

O təklif edib ki, NATO hücum altında olarkən ABŞ yardıma gəlmək barədə iki dəfə düşünəcək.

Britaniyanın Observer qəzetində yazan cənab Stoltenberq Tramp-ın başqa üzv ölkələrin daha çox maliyyə töhfəsi verməsi ehtiyacı barədə fikirləri ilə razılaşıb, belə ki NATO-nun xərclərinin təxminən 70 faizi ABŞ-ın payına düşür.

Lakin o əlavə edib ki, Amerika liderləri həmişə sabit və təhlükəsiz Avropada dərin strateji maraqlarının olmasını etiraf edib.

“Bu qeyri-müəyyən vaxtlarda bizim güclü Amerika rəhbərliyinə və bu yükü bərabər paylaşan avropalılara ehtiyacımız var,” Norveçin sabiq baş naziri yazır.

“Təkbaşına gediş etmək nə Avropa, nə də ABŞ üçün variantdır. Biz indi təhlükəsizlik baxımından ən böyük problemlərlə üzləşirik. İndi Avropa və ABŞ arasında tərəfdaşlığın əhəmiyyətini şübhə altına almaq vaxtı deyil”.

BBC-nin Vaşinqton müxbiri Paul Adams deyir ki, bir vaxtlar seçilməsinə güman edilməyən namizədin dediyi bu sözlər indi alyansın varlığına da real təhlükədir.

Onun sözlərinə görə, Tramp-ın Rusiya prezidenti Vladimir Putinə heyranlığı da bu şübhələri kəskinləşdirib.

Cümə günü Rusiya prezidentinin sözçüsü deyib ki,Tramp NATO-nu Rusiya sərhədlərindən qoşunlarını çəkməyə yola gətirməklə Rusiya ilə inam qurmağa yardım edə bilər.

klinton

Eyni zamanda isə Hillari Klinton ABŞ prezident seçkilərində uduzmasına görə Federal Təhqiqatlar Bürosunun direktorunu müdaxilədə günahlandırıb.

FTB direktoru Ceyms Comey-in seçki günündən bir qədər əvvəl emaillər barədə yeni təhqiqata başlaması onun kampaniyasının impulsunu dayandırıb,- Klinton deyib.  (azadlıq.info)