XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Noyabr 2016 - 13:42

Su anbarlarının istismar vəziyyəti ilə bağlı Dövlət Komissiyası yaradıldı –Ramiz Mehdiyev sədr oldu

ilham

Azərbaycan prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

 Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

 

Komissiyanın sədri

 Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

Komissiyanın üzvləri:

 Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;

 Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

 Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

 Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri;

 Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri;

 Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

 Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri;

 Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

 Əhməd Əhmədzadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

 Dövlət Komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmalı, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməli və texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.