"Trampın prezident seçkisində qalibiyyəti daxili inqilabdır".
Strateq.az Axar.az-az istinadla xəbər verir ki, bunu “Atlantik” jurnalına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer söyləyib. O, son ana qədər seçkidə Trampın qələbə qazanacağına inanmadığını bildirib:
“Tramp Kremlin əlaltısı deyil. Bu, yanlış fikirdir. Moskva bundan sonra sadəcə olaraq situasiyanın necə inkişaf edəcəyini müşahidə edəcək və ondan sonra öz mövqeyini müəyyənləşdirəcək. Rusiya və ABŞ müəyyən regionlarda bir-birinə qarşı cəbhə alıb. Bu, elə bölgələrdir ki, tərəflərdən heç biri oralara tam nəzarət etmir.
Məsələn, Ukrayna və Suriya. Ola bilsin ki, bu konfliktlərin bəzi iştirakçıları özlərini azad hiss edib, addım atacaqlar. Buna görə də Putin gözləyəcək və özünün hansı variantlarının olduğuna baxacaq. Məncə, dünyanın xarici siyasətinin böyük hissəsi son 6-9 ay ərzində bizdə keçiriləcək seçkinin nəticəsinə uyğun olaraq gözləmə mövqeyinə keçib. Hazırda hər kəs ABŞ-da daxili inqilabın baş verdiyini müşahidə edir. İndi hər kəs müəyyən anlıq bunu tədqiq edəcək, amma nə zamansa yeni qərarların qəbuluna ehtiyac yaranacaq. Bu günə qədər Amerikanın xarici siyasətinin müəyyənləşməsi sahəsində xalq və elita arasında böyük parçalanma olub”.