XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 10:12

Rus nazir rüşvət alarkən saxlanıldı –FTX əməliyyatı

aleksey-ulyuk

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığı bəlli olub.

Bu barədə “RİA Novosti” İstintaq komitəsinə istinadən məlumat yayıb.

Ulyukayev “Başneft"in özəlləşdirilməsi haqqında müsbət qərar çıxarılması üçün “Rosneft”in nümayəndələrindən 2 milyon dolları tələb. O, pulu alarkən saxlanılıb.

Məlumata görə, FTX əməliyyata bir ildir hazırlaşırmış. Əməliyyat qrupu Ulyukayev və onun ətrafındakıların telefon danışıqlarını yaydan bəri dinləyirmiş. “İnterfaks”ın məlumatına görə, nazir saxlanılarkən havadarlarına zəng etməyə çalışıb.

Rusiya İstintaq komitəsi “Xüsusi ilə böyük miqdarda rüşvət alınması” maddəsi ilə cinayət işinin açıldığını bildirib.

Qafqazinfo